17 Oktyabr 2017 16:18
588
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya İnstitutu qiyməti 20 milyon dollar olan ilan zəhərini satılmaq üçün xarici şirkət axtarır.

Bunu Teleqraf.com-a açıqlamasında institutun direktoru Elman Yusifov deyib.

Onun sözlərinə görə, ilan zəhərinin çəkisi 20 kiloqrama yaxındır: “Biz hazırda vasitəçi şirkətlərlə danışıqlar aparırıq. Bu məsələ sahibkarlıq fəaliyyətinə daha yaxındır. Vasitəçi şirkətlər alıcı tapır və tapan kimi öz faizlərini götürürlər. İlan zəhərini satmaq üçün bir sıra beynəlxalq təşkilatlardan sertifikatlar alınmalıdır. Bunun üçün 100 min dollar pul lazımdır”.

Elman Yusifov bildirib ki, institutda olan ilan zəhərləri bahalı dərmanların hazırlanmasında istifadə edilir: “Zəhərlər satılsa, həmin pul institutun inkişafına və gələcək layihələrə xərclənəcək”.


Müəllif: İlhamə Əbülfət