17 Oktyabr 2017 17:19
660
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bizim restoranda yalnız proqrama uyğun canlı musiqilər ifa olunur.

Bu barədə Teleqraf.com-a "Winter Park Hotel Baku”dan məlumat verilib.

Məlumatda bildirilib ki, restoranda dicey və müğənnilər öz proqramlarını ifa edirlər: "Kənardan sifariş verilən ərəb, türk və İran musiqiləri qəbul olunmur. Bizdə karaoke sistemi yoxdur. Ancaq canlı musiqilər ifa edlir".

Qeyd edək ki, dünən bir qrup şəxs "Winter Park Hotel Baku”dan narazı qaldığını bildirib. Narazılıq sosial şəbəkədə də müzakirə olunub. Onlar otelin restoranında Azərbaycan və türk mahnılarının oxunmasına qadağa qoyulduğunu bildiriblər.


Müəllif: İlhamə Əbülfət