18 Oktyabr 2017 11:30
863
12 Punto 14 Punto 16 Punto 18 Punto

2017.10.17 23:11

Xalq artisti Zülfiyyə Xanbabayeva 50 yaşını ailəsi ilə birgə qeyd edib.

Teleqraf.com xəbər verir ki, müğənni yubileyi münasibətilə təmtəraqlı ad günü keçirib.

Şəhər restoranlarından birində baş tutan gecə mediaya qapalı olub.Ad günündən görüntülər sosial şəbəkədə paylaşılıb.

Zülfiyyə Xanbabayevanın ad gününə sənət adamları ilə yanaşı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da qatılıb. O, Zülfiyyə Xanbabayevanı təbrik edib. Müğənniyə uzun ömür, can sağlığı, bütün arzularının yerinə yetməsini diləyib, sənətində uğurlar arzulayıb.

Onlar arasında Xanbabayevanın həyat yoldaşı Zaur Məmmədovla videoları da yer alıb.

Zaur və Zülfiyyə cütlüyünün Dəniz adında bir qız övladı var.

Qeyd edək ki, Zülfiyyə Xanbabayeva 1994-cü ildə Vaqif Gərayzadənin “Aypara” qrupunda iştirak edib. Qrupdan ayrıldıqdan bir müddət sonra solo-karyerasına başlayıb. 2005-ci ildə “Canım məmləkətim” adlı konsert proqramı ilə Azərbaycanın dilbər guşələrinə turneyə çıxıb.

İndiyə kimi Zülfiyyə Xanbabayevanın 14 klipi və 5 albomu işıq üzü görüb.


Müəllif: Teleqraf.com