18 Oktyabr 2017 11:02
1 081
12 Punto 14 Punto 16 Punto 18 Punto

İnsan alveri sahəsindən gəlirlər silah və narkotik ticarətindən sonra üçüncü yerdədir.

Teleqraf.com xəbər verir ki, bunu Avropa İttifaqının Azərbaycandakı səfiri Kestutis Yankauskas Avropa İttifaqının (Aİ) və Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı nümayəndəliklərinin İnsan alverinə qarşı mübarizə günü ilə əlaqədar təşkil etdiyi tədbirdə deyib.

Kestutis Yankauskas Azərbaycanı müstəqillik günü münasibəti ilə təbrik edib: “Bu gün həmçinin Avropa İttifaqı ölkələrində İnsan alverinə qarşı mübarizə gününün 11-ci ildönümüdür.

İnsan alveri bir neçə milyard dollalıq sənayedir və o, insanların yaxşı həyatla bağlı arzularını məhv edir. Bu, elə bir cinayətdir ki, insanların köməksiz vəziyyətindən istifadə edir. Bu Aİ dəyərlərinə ziddir və biz buna qarşı mübarizə aparırıq”.

Səfir qeyd edib ki, bu sahədə olan gəlirlər silah və narkotik ticarətindən sonra üçüncü yerdədir: “İnsan alveri ilə bağlı cinayətin kökünün kəsilməsi ilə bağlı Aİ-nin direktivi və strategiyası var. Hazırda miqrantlar bu cinayətin qurbanlarının olmaq potensalı olduqca yüksəkdir.

Müxtəlif starategiyaların həyata keçirilməsinə baxamayaq Aİ və Azərbaycanda get-gedə bu cinayətin qurbanları olan qadın və uşaqların sayı artır. Azərbaycan bu sahədə müəyyən öhdəliklər götürüb və onların reallaşdırılması üçün tədbirlər həyata keçirir”.

Kestutis Yankauskas Aİ Azərbaycanda insan alveri ilə mübarizənin potensialının artırılması ilə bağlı layihəyə başlayıb: “Bu istiqamət üzrə tərəfdaşlarımız BMqT və DİN İnsan Alveri üzrə baş idarə ilə əməkdaşlıq edirik”.


Müəllif: Ruslan Xəlil