18 Oktyabr 2017 11:38
874
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qobustanda doğuş zamanı baş vermiş ana ölümü ilə bağlı tibbi ekspertizanınn nəticəsi 1 həftəyə bilinəcək.

Bu barədə Teleqraf.com-a Qobustan Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Xəstəxanadan bildirilib ki, bu, doğuş zamanı ölən qadının dördüncü hamiləliyi olub: “1988-ci il təvəllüdlü Zümrüd Günəşovanın bundan əvvəlki hamiləliyində bir uşağı tələf olub. Dünən axşam doğuşdan sonra qadının halı qəfil pisləşdi. Həkimin göstərdiyi səylərə baxmayaraq onun həyatını xilas etmək mümkün olmadı”.

Xəstəxanadan qeyd edilib ki, hazırda ana ölümü ilə bağlı araşdırılıma aparılır: “Tibbi ekspertizanınn nəticəsi 1 həftəyə bilinəcək”.

Qeyd edək ki, ötən gecə Qobustan Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsində ana ölümü hadisəsi qeydə alınıb.


Müəllif: İlhamə Əbülfət