18 Oktyabr 2017 15:16
558
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin dekabr ayında KATV1 kabel TV operatorunun “Myvideo” internet saytında yeni radioyayım platformasının anons ediləcəyi gözlənilir.

Teleqraf.com xəbər verir ki, bunu Trend-ə “Myvideo” layihəsinin rəhbəri Əli Əliyev deyib.

Onun sözlərinə görə, hazırda platformanın təkmilləşdirilməsi ilə bağlı işlər davam etdirilir.

“Myvideo” radioyayım platformasında bütün yerli radiokanallar, eləcə də beynəlxalq populyar platformalar yer alacaq.

Bundan başqa, “Myvideo” media-platformasında daha bir yenilik monitorinq sistemi olacaq. Bu sistem vasitəsiə telekanallar hansı verilişlərin və layihələrin daha populyar olduğunu müəyyən edəcək.


Müəllif: Teleqraf.com