18 Oktyabr 2017 17:14
701
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Respublika Perinatal Mərkəzində “Hamilə qadınlarda yarana biləcək fəsadlar” mövzusunda keçirilən konfransda Rusiyanın Beynəlxalq Dostluq Universiteti mama-ginekologiya kafedrasının professoru Olqa Pustotina çıxışı zamanı erkən doğumların qarşısının alınmasında vaginal yolla müalicənin daha effektiv olduğunu deyib.

Teleqraf.com-un məlumatına görə, rusiyalı mütəxəssis deyib: "Hamiləliyin 15-ci həftəsindən, hətta 30-cı həftə də daxil olmaqla erkən doğuş hesab olunur. Bunun qarşısı almaq məqsədilə vaginal yolla progistron təyin edilir. Hamilənin vəziyyətinə uyğun olaraq sutkalıq dozalar təyin edilir.

Qadınlarda əksər hallarda 2-3-cü doğuşdan sonra fəsadlaşmalar müşahidə olunur. Bunun da əsas səbəbi qadınların aylıq profilaktik müayinə və müalicələrə getməməsidir.

Orqanizmdə gedən kənar proseslər hamiləlik öncəsi aşkarlanmazsa, bu, həm uşağın, həm də ananın həyatını riskə ata bilər".


Müəllif: Könül