18 Oktyabr 2017 11:16
401
12 Punto 14 Punto 16 Punto 18 Punto

2006-2016-ci illərdə 50 minə yaxın insana Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) yardım edib.

Teleqraf.com xəbər verir ki, bunu BMqT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Serhan Aktorpak Avropa İttifaqının İnsan alverinə qarşı mübarizə günü ilə əlaqədar təşkil olunan tədbirdə deyib.

Onun sözlərinə görə, gender baxımından xeyli dəyişikliklər baş verib: “Əgər əvvəllər qadın və uşaqlar insan alverinin qurbanı olduğu düşünülürdüsə, son 10 il bunun yalnış olduğunu göstərdi. İnsan alverinin qurbanı olan kişilərin sayında artım qeydə alınıb.

2015-ci ildə insan alverinin qurbanı olan kişilərin sayı ilk dəfə qadınların sayını keçib. Əgər 2006-cı ildə insan alveri qurbanlarının 84 faizi qadın idisə, indi bu rəqəm 43 faizə düşüb”.

Serhan Aktorpak qeyd edib ki, 2014-2016-cı illərdə qeydə alınan cinayətlərin 77 faizi transmilli xaralter daşıyır: “İnsan alveri qurbanlarının 50 faizi 22-37 yaş arasındadır. İnsan alverinin qurbanı ola kişilər ortalama 30, qadınlar isə 29 yaşındadır”.


Müəllif: Ruslan Xəlil