18 Oktyabr 2017 17:50
691
12 Punto 14 Punto 16 Punto 18 Punto

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin rəhbərliyi hərbi təhsil sahəsində səmərəli əməkdaşlığa və Vyetnam Sosialist Respublikası üçün hərbi kadrların hazırlanmasında əldə edilən nailiyyətlərə görə Vyetnam Parlamenti sədrinin fəxri diplomları və bu ölkənin Müdafiə Nazirliyinin medalları ilə təltif olunub.

Müdafiə Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, Vyetnam Sosialist Respublikası Hərbi Dəniz Qüvvələrinin hazırkı komandanı kontr-admiral Fam Xoay Nam və hərbi dənizçilərinin bir qismi də AAHM-nin məzunları olublar.


Müəllif: Teleqraf.com