18 Oktyabr 2017 18:54
597
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ünvanına təbrik məktubları gəlməkdə davam edir.

Teleqraf.com təbrik teleqrafmlarını təqdim edir:

“RussNeft” Neft Şirkəti Publik Səhmdar Cəmiyyətinin Direktorlar Şurasının sədri Mixail Qutseriyevdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Sizi çox gözəl bayram – Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günü münasibətilə təbrik edirəm. Bu, respublikanızın çoxəsrlik tarixində əlamətdar hadisədir.

Azərbaycan xalqının ənənələri, onun nadir mənəvi və mədəni potensialı nəsildən-nəslə keçir.

Bu gün Azərbaycan çox güclü sosial-iqtisadi dəyişiklikləri, vətəndaşların rifahının durmadan yüksəlməsini, beynəlxalq aləmdə respublikanın nüfuzunu bütün dünyaya nümayiş etdirir.

Əminəm ki, Sizin müdrik rəhbərliyinizlə Azərbaycan firavanlaşan güclü dövlət naminə genişmiqyaslı quruculuq yolunu davam etdirəcək.

Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, bütün işlərinizdə və təşəbbüslərinizdə uğurlar arzulayıram.

***

Birləşmiş Millətlər Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifaidən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Sizi Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günü münasibətilə təbrik edirəm. Sizə ölkənizin və xalqınızın rifahı və inkişafı üçün ən xoş arzularımı çatdırıram.

Zati-alinizin səyahət və turizm sənayesinə şəxsi dəstəyi hökumətinizin Azərbaycanın davamlı sosial-iqtisadi inkişafı və qlobal miqyasda turizm sahəsində güclü brend kimi mövqe qazanması üçün bu sektora verdiyi önəmi göstərir. Sizə “Beynəlxalq inkişaf naminə davamlı Turizm İli-2017”yə Azərbaycanın verdiyi çox dəyərli dəstəyə görə minnətdarlığımı bildirirəm.

Bu səylərinizdə Birləşmiş Millətlər Dünya Turizm Təşkilatının davamlı dəstəyinə əmin olun. İnanıram ki, Azərbaycan və Birləşmiş Millətlər Dünya Turizm Təşkilatının möhtəşəm əlaqələri qarşıdan gələn illərdə də inkişaf edəcək.

Cənab Prezident, Sizi bir daha təbrik edirəm. Xahiş edirəm ən yüksək ehtiramımı qəbul edin.


Müəllif: Teleqraf.com