19 Oktyabr 2017 09:52
566
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Gömrük Komitəsi (DGK) Xaçmaz Gömrük İdarəsinin "Şirvanovka" gömrük postunda Azərbaycandan Rusiyaya gedən Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.

DGK-dən Teleqraf.com-a verilən xəbərə görə, yoxlama zamanı, vətəndaşın ayağındakı corablarda 6 konvalyut (60 kapsul) "Tramadol 50 mq" və 1 konvalyut (7 həb) "Tramadol HCI 150 mq" markalı dərman preparatları aşkar olunub.

Xatırladaq ki, "Tramadol" 18 mart 2016-cı il tarixli müvafiq qanunla təsdiq edilmiş "Güclü təsir edən maddələr və onların külli miqdarının Siyahısı"na daxildir.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com