19 Oktyabr 2017 11:50
520
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın 2018-ci il üçün dövlət büdcəsi və icmal büdcənin layihələri Milli Məclisə daxil olub.

Teleqraf.com xəbər verir ki, bu barədə bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclasında komitə sədri Ziyad Səmədzadə məlumat verib.

O bildirib ki, artıq büdcə zərfi parlamentdədir. "Sənəd 1-2 günə bütün millət vəkillərinə, o cümlədən, komitəmizin üzvlərinə paylanılacaq. Mən xüsusilə komitəmizin üzvlərini büdcə ilə bağlı təşkil olunacaq müzakirələrdə fəal olmağa səsləyirəm. Çox güman ki, bu ayın sonu, gələn ayın ilk günlərində digər komitələrlə birgə komitəmiz büdcə müzakirələrinə başlayacaq".

Ümumilikdə, bu gün keçirilmiş iclasda 13 məsələ müzakirə olunub.


Müəllif: Teleqraf.com