20 Oktyabr 2017 09:43
722
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Şöhrət” ordenli pedaqoq Sumqayıt təhsilində verdiyi töhfələrlə iz buraxmış Minarə Tahirova vəfat edib.

81 yaşlı pedaqoqun vəziyyəti pisləşib və aparılan reanimasyon tədbirlərə baxmayaraq M. Tahirovanı xilas etmək mümkün olmayıb.

Minarə Məmməd qızı Tahirova 1936-cı ildə Göyçayda ziyalı ailəsində anadan olub. 1954-cü ildə o vaxtkı APİ-nin tarix fakültəsinə daxil olub. 1959-cu ildən bu günə qədər taleyini Sumqayıtla bağlayıb. Əvvəlcə 12 saylı məktəbdə ibtidai sinif müəllimi, sonra indiki 10 saylı məktəbdə direktor müavini,23 saylı məktəbdə direktor vəzifəsidə çalışmışdır. 1981-1983-cü illərdə şəhər təhsil şöbəsinin müdiri, 1983-1986-cı illərdə Sumqayıt şəhər Partiya Komitəsinin katibi vəzifəsində işləyib. 1987-ci ildən 2011-ci ilədək N.Gəncəvi adına TTEL-in direktoru işləyib. "Əmək igidliyinə görə", "Əməkdə fərqlənməyə görə", "SSRI təhsil əlaçısı", "Respublika qabaqcıl maarif xadimi" döş nişanları ilə təltif olunub. 2000-ci ilin 18 martında Prezidentin fərmanı ilə "Əməkdar müəllim" adına layiq görülüb, prezident təqaüdçüsüdür.

2006-cı ildə isə "Şöhrət” ordeni ilə təltif edilib.

Xeberle.com olaraq Minarə Tahirovanın vəfatından kədərləndiyimizi bildiririk və yaxınlarına dərin hüznlə başsağlığı veririk.

Allah rəhmət eləsin!/Xeberle.com/


Müəllif: Teleqraf.com