20 Oktyabr 2017 09:59
651
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərişıq ASC-nin yarandığı 2015-ci ilin əvvəlindəki 9500 meqavoltamperdən bu ilin sonuna bu göstərici 11900 meqavoltamperə çatdırılacaq.

Teleqraf.com xəbər verir ki, bunu Azərişıq ASC-nin sədri Baba Rzayev “Azərbaycan” qəzetində çıxan məqaləsində qeyd edib.

Onun sözlərinə görə, faydalı elektrik enerjisinə görə yığım respublika üzrə 87 faiz, Bakı şəhəri üzrə isə 98,3 faiz təşkil edir. Əgər işçilərin orta aylıq əməkhaqları 2006-cı ildə 340 manat idisə, 2016-cı ildə bu göstərici 625 manata yüksəlib. Vergi öhdəlikləri də tamamilə yerinə yetirilir.

Baba Rzayev qeyd edib ki, son illərdə Bakı şəhərinin elektrik enerjisinə olan tələbatı illər üzrə 3-4 faiz artımla müşayiət olunduğundan 2025-ci ilədək paytaxtın elektrik enerjisinə olan güc ehtiyacı 3000 MVt sərf olunacaq elektrik enerjisinin miqdarı 12-13 mlrd kVt*saat olması gözlənilir.


Müəllif: İlhamə Əbülfət