20 Oktyabr 2017 15:49
663
12 Punto 14 Punto 16 Punto 18 Punto

QİÇS-ə yoluxdurmaya görə cəzanın yüngülləşdirilməsinə tələsməməliyik.

Teleqraf.com xəbər verir ki, bu sözləri millət vəkili Musa Quliyev Cinayət Məcəlləsinə edilən dəyişikliklərə münasibət bildirərkən deyib.

Millət vəkili bildirib ki, vəzifəsini lazımı şəkildə yerinə yetirməyərək, kiminsə bir şəxsi İİV-ə yoluxdurmasına görə 3 ilədək müddətə azadlıqdan məhrum edilməsi doğru yanaşma deyil: "“Çünki bilə-bilə yoluxdurana 1 il həbs cəzası verib, vəzifəsini düzgün yerinə yetimədiyinə görə yolxudurana 3 il cəza vermək arasında uyğunsuzluq var”.

Millət vəkili həmçinin qanunsuz abort etmə ilə bağlı dəyişiklikdə tələskənliyə yol verməməyə çağırıb: “Təəssüflə qeyd edirəm ki, illərdir aparılan tədbirlərə baxmayaraq, Azərbaycanda selektiv abortların sayı artır. Abort uşağın qətl edilməsi deməkdir. Bu cəzanı yüngülləşdirməklə həmin cinayətləri daha da artıracağıq. Narkomaniya ilə bağlı cəzanın yüngülləşdirilməsinin təşviqi, başqa cinayət törətməyənlərin məcnburi müalicə müəssisələrinə yerləşdirilməsi humanist qərar kimi görünür. Amma əslində belə deyil. Çünki təcrübə göstərir ki, məcburi müalicə müəssisələrində bir nəfər də olsun müalicə edilib, cəmiyyətə qayıtmır. Əvəzedici terapiyanın tətbiq edilməsinə çalışmalıyıq”.

Millət vəkili cəzaçəkmə müəssisələrində iş yerlərinin açılmasının vacibliyinə də toxunub: “Məhbusların işlə təminatını da düşünməliyik. Cəzaçəkmə müəssisələrində iş yerlərinin açılması ciddi problemə çevrilib. Onlar sağlam insanlardır, cinayət törədiblər, nə üçün başqa insanların vergisi hesabına yaşamalıdırlar? Bu insanların islah işlərinə qoşulmasının tərəfdarıyam”.


Müəllif: Cavad