21 Oktyabr 2017 17:58
609
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 24-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin Dövlət Ortamüddətli İstiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

BFB-dən Teleqraf.com-a verilən məlumata görə, faizli, ortamüddətli dövlət istiqrazlarının ümumi həcmi 5 milyon manat, nominal dəyəri 100 manatdır.

Məlumata görə, istiqrazların tədavül müddəti 728 gündür, ödəmə tarixi 2019-cu ilin oktyabrın 22-də bitir.

Qeyd edək ki, "PAŞA Kapital" QSC anderrayter vəzifəsində çıxış edir.


Müəllif: Teleqraf.com