21 Oktyabr 2017 12:43
792
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan hökuməti kiçik və orta sahibkarlıq nümayəndələrinə vergi güzəştlərinin tətbiq olunması imkanını nəzərdən keçirir.

Bu barədə Teleqraf.com-a hökumətdəki mənbə məlumat verib.

Məlumatda qeyd olunur ki, güzəştlər əsasən mənfəət və gəlir vergilərinə şamil olunacaq: “Yeni güzəştlər bu vergilərdən qismən və müəyyən müddətə azad edilməni nəzərdə tutur. Hələlik kiçik və orta biznes subyektlərinin vergilərdən tam azad olunması barədə söhbət getmir”.

Eyni zamanda mənbə qeyd edib ki, kiçik və orta sahibkarlığa dəstək verilməsi ilə bağlı müxtəlif təkliflər hökumət tərəfindən nəzərdən keçirilir.


Müəllif: Teleqraf.com