21 Oktyabr 2017 18:29
525
12 Punto 14 Punto 16 Punto 18 Punto

İqtisadiyyat naziri Şahin Mustafayev bu gün Ağdaşda Göyçay, Ucar və Ağdaş rayonlarından olan vətəndaşları qəbul edib.

Teleqraf.com xəbər-un məlumatına görə, İqtisadiyyat Nazirliyinin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciətləri nazir Şahin Mustafayev tərəfindən diqqətlə dinlənilib, müraciət edilən məsələlərlə bağlı lazımi izahatlar və məlumatlar verilib, bir sıra məsələlər yerindəcə həll edilib.

Müraciətlərdə göstərilən digər məsələlərin qəbuldan dərhal sonra araşdırılması və həlli üçün nazirliyin aidiyyəti məsul əməkdaşlarına tapşırıqlar verilib.

İqtisadiyyat Nazirliyinin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlərin isə icrası nəzarətdə saxlanılmaqla aidiyyəti strukturlara çatdırılacağı bildirilib.


Müəllif: Səxavət