22 Oktyabr 2017 17:29
492
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin 9 ayı ərzində Azərbaycanda görülən inşaat işlərinin 86,3 faizini özəl müəssisələr yerinə yetiriblər.

Bu barədə Teleqraf.com-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumatda qeyd edilib ki, bu ilin yanvar-sentyabr aylarında tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 64,1 faizini tikinti, yenidənqurma və genişləndirmə, 9,6 faizini əsaslı təmir, 4,5 faizini cari təmir, 21,8 faizini isə digər tikinti işləri təşkil edib.

Qeyri-dövlət müəssisələri tərəfindən ümumi inşaat işlərinin 86,3 faizini yerinə yetiriblər.


Müəllif: İlhamə Əbülfət