23 Oktyabr 2017 15:14
657
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın Antikorrupsiya idarəsinin əməkdaşları Odessa meri Gennadi Truxanovun evinə basqın edib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, merin evində və iş yerində axtarış aparılıb.
Məlumatlara görə, Truxanov külli miqdarda rüşvət almaqda ittiham olunur. O, az müddət öncə “Krayan” zavodunu 185 milyon qrivenə (11,5 milyon avro) satın alıb.

Truxanovun harada olduğu barədə məlumat yoxdur. Onun gizləndiyi iddia edilir.


Müəllif: Samir