24 Oktyabr 2017 08:05
1 293
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyada 200 milyondan çox sünnət edilmiş qadın var.

Teleqraf.com xəbər verir ki, bu barədə türkiyəli ilahiyyatçı Canər Taslaman özünün hazırladığı videosujetdə deyib.

İlahiyyatçının sözlərinə görə, sünnət edilmiş qadınların 150 milyondan çoxu islam ölkələrindədir:

“Misirdə uydurma hədislərlə qadınlar sünnət edilir. 150 milyon qadının zədələnməsindən söhbət gedir. Dünya qadın təşkilatları bu məsələ ilə bağlı çağırış edir”.

İlahiyyatçı bildirib ki, qadınların sünnət olması tibbi cəhətdən zərərlidir:

“Çünki bu, qadının uşaq dünyaya gətirməsinə də mənfi təsir göstərir. 150 milyon qadının zədələnməsinin qarşısını ala bilərik”.

Videosüjeti təqdim edirik:


Müəllif: Cəmilə