24 Oktyabr 2017 11:50
750
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gömrükdə metadon məhlulunu içməli su kimi təqdim etmək istəyən Azərbaycana gələn İran vətəndaşı saxlanılıb.

Dövlət Gömrük Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İrandan Azərbaycana piyada gələn İran vətəndaşının gödəkçəsinə baxış zamanı gödəkçənin cibindəki 0,5 litrlik plastik qabın üzərində "AkharStar natural mineral water" yazısı olduğu halda, qabın içərisində 500 ml həcmində metadon məhlulu aşkar olunub.

Xatırladaq ki, metadon "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr"in II Siyahısına daxildir və aşkar olunan 500 ml məhlulda metadonun quru maddəsinin təmiz çəkisi 0,5 qram təşkil edir.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com