1 Noyabr 2017 11:24
546
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstandan gələn avtomobildə gizlədilmiş mobil telefon və aksesuarlar gömrükdə aşkar edilib.

Dövlət Gömrük Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi avtomobilə gömrük baxışı keçirilib.

Yoxlama zamanı avtomobilin salonunda sükanın alt hissəsində 10 ədəd "Samsung Galaxy J3 2016" markalı mobil telefon və aksesuarları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com