1 Noyabr 15:26
118

Paytaxtın bəzi ərzilərində işığın verilməsində fasilələr yaranacaq.

Azərişıq ASC-dən Teleqraf.com-a verilən məlumata görə, 110 kV-luq 8-ci km elektrik verilişi xətlərində aparılan təmir işləri ilə əlaqədar noyabr 2-də saat 01.00-dan 04.30-a qədər Xətai rayonu kənd Əhmədli yaşayış massivinin bir hissəsində (Neapol, Məhəmməd Hadi, Rahib Məmmədov, Xudu Məmmədov küçələri) elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaranacaq.

Yaranmış narahatlığa görə “Azərişıq” istehlakçılardan üzr istəyir.


Müəllif: İlhamə Əbülfət