1 Noyabr 2017 17:09
735
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda sosial müdafiə sistemi vasitəsilə 1 milyon 330 min nəfər əmək pensiyası, 450,9 min nəfər sosial müavinət, 97,2 min ailənin 400,4 min nəfər üzvü isə ünvanlı sosial yardım alır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, nazirliyin xətti ilə 59325 nəfər şəxs isə Azərbaycan Prezidentinin təqaüdləri ilə təmin olunur.

Bu ilin doqquz ayı ərzində 450912 nəfərə aylıq və birdəfəlik sosial müavinət təyin olunaraq ödənilib. Sosial müavinət alanların 83.4 faizi aylıq, 16.6 faizi isə birdəfəlik müavinət alanlar olub.

Yaşa görə və ailə başçısını itirməyə görə aylıq sosial müavinət müvafiq qanunvericiliyə uyğun olaraq təyin edilərək ödənilib.


Müəllif: İlhamə Əbülfət