1 Noyabr 2017 18:00
1 080
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) bəzi kadr dəyişiklikləri aparılıb.

Teleqraf.com-un məlumatına görə, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin bugünkü iclasında məlumat verilib.

İclasda bildirilib ki, AMEA-nın Ictimai Elmlər Bölməsi Bürosunun yeni tərkibi və Qafqazşünaslıq İnstitutunun Elmi Şurasının tərkibi təsdiq edilib.

İclasda qəbul edilən qərara görə, sənətşünaslıq üzrə elmlər doktoru Kübra Əliyeva Memarlıq və Incəsənət Institutunun direktor müavini vəzifəsindən azad olunub.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru Xəzər Zeynalov Memarlıq və İncəsənət İnstitutunun, filologiya üzrə elmlər doktoru Lalə Əhmədova Hüquq və İnsan Haqları İnstitutunun, fəlsəfə üzrə fəlsəfə doktoru Sevinc Həsənova Fəlsəfə İnstitutunun elmi katibi vəzifəsinə təyin edilib.


Müəllif: Teleqraf.com