1 Noyabr 23:42
130

Yaxın zamanlarda Xəzərin statusu ilə bağlı bütün məsələlərin razılaşdırılacağına ümid edirik.

Teleqraf.com-un məlumatına görə, bunu Tehranda Rusiya Prezidenti Vladimir Putin azərbaycanlı və iranlı həmkarları İlham Əliyev və Həsən Ruhani ilə üçtərəfli görüşün yekununda mətbuat konfransında deyib.

O, həmçinin Rusiya, İran və Azərbaycanın birgə işinin nəticələrindən razı qaldığını bildirib: "Biz doğrudan da üçtərəfli formatın vacib məsələlərini müzakirə etmişik. Əminəm ki, bu cür açıq, müsbət nəticəyə yönümlü işləməklə bizim fəaliyyətimiz ölkələrimizə, dövlətlərimizə və xalqlarımıza xeyir gətirəcək."


Müəllif: Teleqraf.com