1 Noyabr 2017 23:08
575
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran və Azərbaycan əlaqələri daha da möhkəmləndirmək niyyətindədir.

Teleqraf.com-un məlumatına görə, bunu İran Prezidenti Həsən Ruhani Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü zamanı deyib.

Onun sözlərinə görə İran və Azərbaycan arasında münasibətlər son illərdə daha da inkişaf edib.

H.Ruhani həmçinin iki ölkə arasındaə nəqliyyat sahəsində əməkdaşlıq barədə danışıb və qeyd edib ki, Astara (İran) - Astara (Azərbaycan) dəmir yolunun istifadəyə verilməsi ikitərəfli münasibətlərdə vacib addımdır.

İran prezidenti ikitərəfli ticarətdə milli valytaların istifadəsinin əhəmiyyətindən danışıb və əlavə edib ki, hər iki ölkənin mərkəzi bankları bu cür ticarəti həyata keçirməyə qadirdir.


Müəllif: Teleqraf.com