2 Noyabr 11:50
125

"Turan" İnformasiya Agentliyinə və agentliyin direktoru Mehman Əliyevə qarşı cinayət işinə xitam verilib.

Bu barədə APA-ya vəkil Fuad Ağayev bildirib.

Onun sözlərinə görə, qərar istintaq orqanı tərəfindən verilib.

Agentliyin internet səhifəsində də bu barədə məlumat yerləşdirilib. Məlumatda deyilir ki, cinayət işinə xitam verilməsi ilə bağlı Baş Prokurorluqdan Mehman Əliyev rəsmi məlumat göndərilib.


Müəllif: Teleqraf.com