3 Noyabr 2017 09:21
1 222
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mənim Musa Tükanovun həbsi ilə bağlı məlumatım mətbuatda yayılan xəbərlərin məzmunu qədərdir.

Bunu Teleqraf.com-a Azərbaycan Kommunistlər Birliyinin sədri Ədalət Abdinov Vahid Azərbaycan Kommunist Partiyasının sədri Musa Tükanovun həbsinə münasibət bildirərkən deyib.

Ədalət Abdinov qeyd edib ki, Musa Tükanov Azərbaycan Karlar Cəmiyyətinin sədr müavini kimi Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində istintaqı davam etdirilən cinayət işi üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib:

“Musa Tükanov həm də 1993-cü ildə təsis edilmiş və 1995-ci ildə dövlət qeydiyyatına alınan Azərbaycan Vahid Kommunist Partiyasının sədridir. Yayılan xəbərlərdən bir daha aydın olur ki, onun həbsinin siyasi fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur. Digər tərəfdən, Azərbaycan kommunistləri dövlət tərəfindən onların üzv olduqları partiyaya verilmiş səlahiyyətlərdən yalnız qanun çərçivəsində istifadə etməyə borcludurlar.

Əlbəttə, baş verən hadisə heç də xoşa gələn deyil. Kommunist hansı sahədə çalışmasından asılı olmayaraq, Azərbaycan qanunvericiliyinə, cəmiyyətdə qəbul olunmuş norma və qaydalara tam şəkildə əməl etməli, bu işdə digər şəxslərə nümunə olmalıdır”.

Ədalət Abdinov deyib ki, Musa Tükanovun qanunla müəyyən olunmuş hüquqları pozularsa, kommunist yoldaş kimi onu müdafiə edəcəklər.


Müəllif: Cavad