2 Noyabr 20:43
86

2017-ci ilin oktyabr ayı ərzində ölkə ərazisində keçirilən reydlər zamanı qanunsuz ovla məşğul olan 35 vətəndaş saxlanılaraq onlardan 34 ov tüfəngi, 105 patron, 3 ədəd quş və 1 baş heyvan götürülüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, qanun pozucuları barəsində protokollar tərtib edilərək 22 nəfərə 22300 manat məbləğində inzibati qaydada cərimə və iddia tətbiq olunub.

Digər 13 nəfər təqsirkarın isə şəxsiyyətinin müəyyənləşdirilməsi üçün aidiyyəti rayon polis orqanlarına müraciət edilib.

Qanunsuz ov hallarının qarşısının alınması məqsədilə reydlər davam etdirilir.


Müəllif: İlhamə Əbülfət