2 Noyabr 2017 19:54
832
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Dövlət Universitetində görkəmli alim, Diferensial və inteqral tən­liklər kafedrasının yaradıcısı, AMEA-nın müxbir üzvü, fizi­ka-riyaziyyat elm­lər doktoru Qoşqar Əh­mə­do­vun 100 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirilib.

BDU-nun Mətbuat və informasiya şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, rektor Abel Məhərrəmov Qoşqar Əhmədovun universitetin tari­xin­də xüsusi rol oynamış görkəmli ziyalılardan, Azər­bay­can riyaziyyat el­min­də məktəb yaradan, özündən sonra dərin iz qoyan nadir şəx­siy­yə­t­lərdən biri olduğunu deyib.

Onun fəaliyyəti nəticəsində Respublikamızda «Optimal idarəetmə» mək­­təbinin yarandığını deyən rektor, keçmiş sovetlər birliyində optimal idarəetmə sahə­sində ilk el­mi konfransın Bakıda bilavasitə Qoşqar Əhmədovun rəh­bərliyi altında keçi­ril­diyini, hazırda bu məktəbin nümayəndələrinin keç­miş ittifaqın müxtəlif elmi mək­təb­lərində tanınmış mütəxəssislər oluğunu diqqətə çatdırıb. Abel Məhərrəmov onu da bildirib ki, Qoşqar Əhmədovun fəaliyyətinin ən mühüm sahələrindən biri onun pe­da­qoji fəa­liyyətidir. O, böyük alim olmaqla yanaşı, həm də gözəl pe­daqoq idi, böyük usta­lıqla və yüksək elmi səviyyədə adi diferensial tən­liklər, variasiya hesabı və opti­mallaşdırılma üsülları fənlərindən, di­gər əsas və xüsusi kurslardan mü­ha­zirələr oxuyurdu.

Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov “Qoşqar Əhmədov böyük alim və müəllim kimi” mövzusunda məruzə edib. Bildirib ki, Qoşqar müəllim böyük alim olmaqla yanaşı, həm də gözəl pe­daqoq idi, böyük usta­lıqla və yüksək elmi səviyyədə adi diferensial tən­liklər, variasiya hesabı və opti­mallaşdırılma üsülları fənlərindən, di­gər əsas və xüsusi kurslardan mü­ha­zirələr oxuyurdu. 70-dən çox elmi əsə­rin müəllifi olan unudulmaz müəllimin rəhbərliyi altında 60-dan çox namizədlik və doktorluq dis­ser­ta­siyaları müdafiə olunmuşdu.

Sonra Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin sektor müdiri Sülhəddin Gözəlov, Gədəbəy rayon İcra Hakimiyyətinin əməkdaşı Nicad Əliyev, BDU-nun kafedra müdirləri, akademik Yusif Məmmədov və akademik Vasif Babazadə, ailə adından isə Qoşqar Əhmədovun bacısı Gülarə Əhmədova çıxış ediblər.


Müəllif: Teleqraf.com