3 Noyabr 2017 16:48
657
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birinci vitse-prezident Mehriban Əliyeva əməkdar incəsənət xadimi, tanınmış bəstəkar Tahir Əkbərə dəstək olub.

Teleqraf.com xəbər verir ki, bu barədə əməkdar artist Aybəniz Haşımova İnstaqram səhifəsində yazıb.

Aybəniz Haşımova bildirib ki, bəstəkarın sağlıq durumu stabil ağır olaraq qalır:

“Allahdan ümid kəsilməz. Tahir Əkbərin səhhəti ilə bağlı göstərdikləri dəstəyə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya, millət vəkili Qənirə Paşayevaya, 1 saylı Şəhər Kliniki Xəstəxanasının rəhbərliyinə təşəkkür edirəm”.

Qeyd edək ki, Tahir Əkbər dünən səhər saatlarında insult keçirib və təcili olaraq 1 saylı Şəhər Kliniki Xəstəxanasının reanimasiya şöbəsinə aparılıb.


Müəllif: İlhamə Əbülfət