3 Noyabr 18:49
89

Kolumbiyada səfərdə olan Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev Kolumbiyanın İnformasiya və Kommunikasiya Texnologiyaları naziri David Luna ilə görüşüb.

DGK-dan Teleqraf.com-a verilən məlumata görə, görüşdə iki ölkə arasındakı mövcud əlaqələrdən, qarşılıqlı münasibətlərin inkişaf perspektivlərindən bəhs edilib.

Kolumbiyanın İnformasiya və Kommunikasiya Texnologiyaları naziri David Luna Azərbaycan nümayəndə heyətinin ölkəsinə səfərindən məmnunluq duyduğunu, bu səfərin iki ölkə arasındakı münasibətlərin daha da inkişafına şərait yaradacağına ümidvar olduğunu bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib, eyni zamanda, informasiya-kommunikasiya texnologiyalarının tətbiqi sahəsində təcrübə mübadiləsinin tərəflər üçün faydalı olacağına əminlik ifadə olunub.


Müəllif: İlhamə Əbülfət