3 Noyabr 2017 19:00
759
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda yol hərəkəti qaydalarını kobud şəkildə pozan Baku Bus MMC-yə məxsus avtobusun sürücüsü cəzalandırılıb.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən Teleqraf.com-a verilən məlumata görə, 13 nömrəli xətt üzrə hərəkət edən, 99 JX 266 dövlət nömrə nişanlı avtobusu idarə edən sürücünün Kərimov Kamran Ağakərim oğlu olduğu müəyyən edilib.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinə əsasən protokol tərtib edilib. Beləliklə, sürücü 4 bal, 100 manat cərimə edilib.


Müəllif: İlhamə Əbülfət