3 Noyabr 2017 18:05
774
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vergilər Nazirliyində kadr dəyişikliyi olub.

Teleqraf.com xəbər verir ki, Vergilər naziri Fazil Məmmədovun əmrinə əsasən, Vergilər Nazirliyinin Beynəlxalq əməkdaşlıq və maliyyə institutlarında vergi monitorinqi departamentinin baş direktoru Zaur Fətizadə Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin baş direktoru təyin edilib.

Milli Gəlirlər Departamentinin baş direktoru Natiq Şirinov Vergi risklərinin təhlili və nəzarəti departamentinin baş direktoru vəzifəsinə keçirilib.

Vergi qanunvericiliyinin icrasına nəzarət departamentinə baş direktor vəzifəsinə Zöhrab Ömərov, Vergi öhdəliklərinin icrasına nəzarət departamentinin baş direktoruu vəzifəsinə isə Rzayev Zamin təyin ediliblər.


Müəllif: İlhamə Əbülfət