4 Noyabr 2017 12:00
1 124
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hesablama Palatasının növbəti kollegiya iclasında Azərenerji ASC-nin maliyyə-təsərrüfat fəaliyyətinə və şəkərli diabet üzrə Dövlət Proqramı çərçivəsində ayrılan vəsaitlərin və nəzərdə tutulmuş tədbirlərin təhlilinə dair həyata keçirilmiş nəzarət tədbirləri üzrə hesabatlar müzakirə olunub.

Palatanın mətbuat xidmətindən Teleqraf.com-a bildiriblər ki, kollegiyaya dəvət olunmuş Azərenerji ASC-nin prezidentinin müşaviri Arif Həşimov, baş mühəndisi Həsən Həsənov, maliyyə və uçot idarəsinin rəisi İradə Məmmədova müzakirələrdə iştirak edib, kollegiya üzvlərinin suallarını cavablandırıblar.

İclasda hər bir nəzarət tədbiri üzrə kollegiya qərarının layihəsi müzakirə edilərək təsdiqlənib. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunması qərara alınıb.

İclasda aparılmış audit tədbirlərinin nəticələri üzrə təqdimatların icra vəziyyəti barədə auditorların məlumatı dinlənilib.


Müəllif: Teleqraf.com