4 Noyabr 2017 23:59
574
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Londonda Fələstinin işğalı və İsrailin silahlanmasına etiraz əlaməti olaraq mitinq və yürüş keçirilib.

Teleqraf.com-un "RİA Novosti"yə istinadən xəbərinə görə, "Fələstinə ədalət" şüarı ilə keçirilən aksiyaya minlərlə adam qatılıb. Aksiya Balfur deklarasiyasının 100 illiyinə həsr olunub.

Qeyd edək ki, 2 noyabr 1917-ci ildə Britaniya XİN rəhəbri Artur Balfurun imzaladığı bu deklarasiya ilə Fələstində "yəhudi xalqı üçün milli ocaq" yaradılması qərara alınıb.


Müəllif: Nahid