4 Noyabr 2017 23:43
655
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin deputatı Məlahət İbrahimqızı NATO Parlament Assambleyasının 96-cı Rouz-Rout seminarında iştirak etmək üçün noyabrın 6-da Sloveniyanın paytaxtı Lyublyana şəhərinə səfər edəcək.

Parlamentin mətbuat xidmətindən Teleqraf.com-a bildiriblər ki, tədbirdə Qərbi Balkanlarda təhlükəsizliyin təmin olunması, strateji kommunikasiyanın formalaşması, bölgədə hazırkı iqtisadi durum, habelə Bosniya və Herseqovinanın inkişaf perspektivləri, Serbiyada iqtisadi islahatlar və demokratiyanın inkişafı, digər aktual mövzular ətrafında müzakirələr aparılacaq.

Deputat müzakirə olunacaq məsələlər barədə fikirlərini bildirəcək .

Səfər noyabrın 10-da başa çatacaq.


Müəllif: Teleqraf.com