14 Noyabr 02:05
33

SOCAR “Lukoil" şirkətinin İtaliyadakı aktivi olan ISAB neft emalı kompleksinin alışına maraq göstərir.

Teleqraf.com TASS agentliyinə istinadla xəbər verir ki, bunu "Lukoil" şirkətinin rəhbəri Vahid Ələkbərov açıqlamasında bildirib.

Vahid Ələkbərov deyib ki, 3 ölkənin neft şirkətləri "Lukoil"un İtaliyadakı aktivi olan ISAB neft emalı kompleksinin alışında maraqlıdırlar: “İran, Əlcəzair və SOCAR zavoda maraq göstərir. Şirkətinə çox sayda təkliflər daxil olub. Hər şeyi nəzərdən keşirib, maraqlı tərəflərlə danışıqları davam etdirik".


Müəllif: İlhamə Əbülfət