14 Noyabr 2017 12:56
706
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avtomobillərin yan şüşələrinə vurulan jalüzlərin istifadə müddəti sabah bitir.

Teleqraf.com xəbər verir ki, noyabrın 15-dən sonra avtomobillərin yan şüşələrində jalüz və görməni məhdudlaşdıran digər vasitlərdən istifadə edən sürücüləri 150 manatlıq cərimə gözləyir.

Dövlət Yol Polisi elan edilən tarixdən sonra qaydalara uyğun avtomobili idarə etməyən sürücülərin cərimlənəcəyini bildirir.

Qeyd edək ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 23 dekabr 2004-cü il tarixli, 093 saylı əmri ilə təsdiq edilmiş AZS 122-2004 standartına 2013-cü ildə edilmiş dəyişikliklə nəqliyyat vasitələrinin arxa yan şüşələrinə, yəni sükan arxasında əyləşmiş sürücünün kürəyindən arxada qalan şüşələrə (məsələn, minik avtomobillərinin arxa qapılarının şüşələrinə) 1 may tarixindən 15 noyabr tarixinədək olan dövrdə sənaye üsulu ilə hazırlanan jalüzlər (pərdələr) çəkilməsinə icazə verilib. Sürücünün sağındakı və solundakı şüşələrə (qabaq qapı şüşələrinə) jalüz çəkilməsindən söhbət gedə bilməz.


Müəllif: Şəfiqə