14 Noyabr 12:09
27

“Unibank” Yeni il öncəsi Azərbaycan Feysbuk istifadəçiləri üçün möhtəşəm bir müsabiqə keçirib.

Sosial şəbəkənin ən səs-küylü, aktiv yarışmalarından olan bu müsabiqəyə 27 mindən çox bəyənmə gəlib, 28 min şərh yazılıb, 20 mindən çox istifadəçi isə postu paylaşıb. Ümumilikdə isə müsabiqə paylaşımını 750 min 500-dən artıq Feysbuk istifadəçisi görüb. Çox asan şərtləri olan müsabiqədə hər bir iştirakçının qalib olmaq şansı olsa da, yarışmanın şərtlərinə görə Woobox proqramının təsadüfi seçimi nəticəsində bir nəfər qalib seçilib.

“Unibank” müsabiqədə iştirak edən hər bir Feysbuk istifadəçisinə təşəkkürünü bildirir və uğurlar arzulayır. “Unibank” hazırda paytaxt və bölgələri əhatə edən geniş filial şəbəkəsi ilə ölkə vətəndaşlarının xidmətindədir.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud Feysbuk və Tvitter səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.


Müəllif: Teleqraf.com