14 Noyabr 2017 20:10
860
12 Punto 14 Punto 16 Punto 18 Punto

18:24

CBC telekanalına yeni baş direktor təyin edilib.

Teleqraf.com-un məlumatına görə, bu vəzifəyə Vüqar Xəlilov təyin olunub.

***

20:10

ATV telekanalının prezidenti, CBC TV-nin keçmiş baş direktoru, V.Xəlilovun qardaşı Azər Xəlilov Teleqraf.com-a faktı təsdiqləyib. A.Xəlilov qardaşının bu gün kollektivə təqdim edildiyini bildirib.

Vüqar Xəlilov 11 iyul 1969-cu ildə Bakı şəhərində anadan olub. O, 1986-1994-cü illərdə Moskva Dövlət Tibb Universitetində, 2015-2017-cı illərdə Moskva Dövlət Universitetində iqtisadiyyat ixtisası üzrə təhsil alıb, 90-cı illərin əvvəllərində “Azadlıq” radiosunda müxbir, 1998-2009-cu illərdə BBC şirkətinin Moskva bürosu üzrə müxbiri, sonradan Rusiya bürosunun prodüseri və aparıcısı olub. 2009-2010-cu illərdə Qırğızıstanın paytaxtı Bişkek şəhərində fəaliyyət göstərən “Flexi Comminications” şirkətinin, 2011 - 2014-cü illərdə Bakı şəhərində fəaliyyət göstərən “Caspian Links” şirkətinin rəhbəri olub. 2014-2015-ci illərdə “Новости-Азербайджан”, 2015-2016-cı illərdə isə “Sputnik-Azərbaycan” informasiya agentliklərinin baş direktoru vəzifələrində çalışıb.


Müəllif: Teleqraf.com