17 Noyabr 2017 14:18
1 004
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bununla mübarizənin ən effektli və sivil yolu hüquqi yoldur.

Bu sözləri reket media ilə mubarizə, konkret təkliflər mövzusunda Teleqraf.com-a danışarkən media eksperti Aynur Kərimova deyib. Ekspert bildirib ki, reket jurnalistikanın əsasında informasiya şantajı durur:

“İnsanların, biznes strukturların imicinə, nüfuzuna xələl gətirə biləcək faktların, fikirlərin tirajlanması reketçilikdir. Adətən belə informasiyanın sifarişli və qərəzli olması çox aydın bilinir. Və tam bəllidir ki, bu, jurnalistika deyil. Bu, fərqli məqsədləri və fərqli hədəfləri olan daha çox PR, bəzən isə siyasi fəaliyyətdir. Bununla mübarizənin ən effektli və sivil yolu hüquqi yoldur. Bu, birbaşa mübarizədir. Amma birbaşa olmayan və daha uzun müddətli perspektivə yönəlmiş üsul isə media sisteminin, bütün istiqamətlərdə, xüsusilə də onlayn mediada professionalliğının qat-qat artırılmasıdır. Böyük bir reformasiya keçirilməlidir”.

Ekspert əlavə edib ki, media təhsil və media etika ilə bağlı mediasavadlılıq tək jurnalistlər üçün deyil, auditoriya üçün də təbliğ olunmalıdır:

“Auditoriya ona yönəlik informasiya selinin içərisindən gerçək olanı ayırmaq fəhminə, bacarığına malik olmalıdır. Ən zəif tərəf - informasiya qaynaqları ilə işdir. Bu, jurnalistikanın təməlidir, informasiya qaynaqları nə dərəcədə etibarlı və dəqiqdirsə, material bir o gədər birmənalı, yanlış yorum doğurmayan olacaq”.

Qeyd edək ki, Mətbuat Şurası “Reket jurnalistlər”ə qarşı effektiv mübarizə aparmaq üçün hərəkətə keçib.


Müəllif: Şəfiqə Nazimqızı