17 Noyabr 2017 18:10
692
12 Punto 14 Punto 16 Punto 18 Punto

AMEA-nın Seysmoloji Xidmət Mərkəzi zəlzələ ilə bağlı rəsmi məlumat yayıb.

Mərkəzdən Teleqraf.com-a verilən məlumata görə, Azərbaycanın Ağdam rayonu ərazisində zəlzələ olub.

"İlkin məlumatlara əsasən, yerli vaxtla saat 17:27-də Ağdam ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 4 bal, yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub. Zəlzələnin maqnitudası 4.7, dərinlik 25 km olub" - məlumatda qeyd olunub.


Müəllif: Teleqraf.com