17 Noyabr 2017 19:31
643
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakcell şirkətinin təşkil etdiyi "Gənclərin Karyera Və İnkişaf Mərkəzi" layihəsinin qaliblərinin mükafatlandırılma mərasimi baş tutub.

Teleqraf.com xəbər verir ki, Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi olan “Bakcel” şirkəti “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası İctimai Birliyinin himayəsində böyümüş və digər internat müəssisələrindən məzun olmuş gənclərin biznes ideyalarını reallaşdırmaq üçün maliyyə vəsaiti ayırıb. Bu dəstək sayəsində 3 nəfər gənc öz kiçik bizneslərini qurmaq imkanı əldə edib. Onlar “Bakcel”in dəstəyilə “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası tərəfindən icra edilən “Gənclərin Karyera və İnkişaf Mərkəzi” layihəsinin benefisiarlarıdır.
Tədbirdə “Bakcell” şirkətinin baş icraçı direktoru Nikolai Beckers bildirib ki, layihənin böyük əhəmiyyəti var:" “Bakcell” olaraq bu layihəni böyük fəxr və məmnuniyyətlə dəstəkləyirik. Şirkətimiz uzun illərdir ki, valideyn himayəsindən məhrum olan uşaqlara dəstək göstərir. Onların gələcəkdə iş qura bilmə qabiliyyətlərinin olması mütləqdir.

“Bakcekl” və “SOS Uşaq Kəndləri” arasında əməkdaşlıq uzun illər öncə başlayıb. Sevindirici haldır ki, bu əməkdaşlıq davamlı xarakter daşıyıb və artıq gənclərə öz bizneslərini qurmağa dəstək göstərmək mərhələsinə çatıb. Gənc insanları dəstələmək xüsusilə vacibdir. Belə gəncləri dəstələmək isə olduqca vacibdir. Öz ideyalarını həyata keçirməyə çalışmaq o qədər də asan deyil. Ona görə də bunu etməyə çalışan gənclərə dəstək verməyin tərəfdarıyam. İstər biznes olsun, istərsə də həyatda hansısa başqa bir işlə məşğul olursunuzsa daim cəhd etməlisiniz və öz cəhdlərinizdə israrlı olmalısınız. İsrar varsa, siz istənilən fəaliyyətdə uğur qazana bilərsiniz".

Nikolai Beckers qeyd edib ki, gəncləri dəstələmək mütləqdir:"Həyatda hər hansı bir işdə uğursuzluğla rastlaşırsızsa, heç vaxt inamınızı itirməyin sonda istəyinizə nail olacaqsınız”.

Tədbirdə qeyd edilib ki, layihənin ötən il həyata keçirilən birinci mərhələsində 15 gənc “Öz biznesinə başla və təkmilləşdir” adlı təlimlərdə iştirak edib. Onlardan 6 nəfəri öz ideyalarının biznes planını hazırlayıb. Layihələr “Bakcell”in, “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyasının və Beynəlxalq Əmək Təşkilatının (BƏT) ekspertlərindən ibarət qiymətləndirmə komissiyası tərəfindən qiymətləndirilib. Beləliklə ən yüksək nəticələr nümayiş etdirən 3 uğurlu biznes layihəsinin “Bakcell” şirkəti tərəfindən maliyyələşdirilməsi qərara alınıb. Bunlar “Floristika” gül dükanı, “Şirniyyat evi” və “Çay evi” layihələridir.

Beləliklə qalib 3 biznes layihələrinin müəllifləri haqqında - “Çay evi” layihəsin müəllifi bir müddət çay evində çayçı və ofisiant kimi çalışıb.

“Floristika” gül dükanı layihəsinin müəllifi gül mağazasında köməkçi işləyib. 7 ildir, işçi kimi gül biznesi ilə məşğuldur. Hazırda öz gül mağazasını açmağa iddialıdır Biznes planı mükəmməl hazırlayıb. “Şirniyyat evi” layihəsin müəllifi də bi neçə ildir ki, şirniyyatçı yanında köməkçi işləyir. Əksər qənnadı məhsullarını sərbəst hazırlamağı bacarır.

Qeyd edək ki, “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası “Bakcell” şirkətinin maliyyə dəstəyi ilə Bakı şəhərində “Gənclərin Karyera və İnkişaf Mərkəzi” adlı layihəni 2016-cı ilin yanvar ayından etibarən həyata keçirir. Bu layihə çərçivəsində onlarla gənc bütün lazımi avadanlıqlarla təchiz edilmiş mərkəzdə müsahibə qabiliyyətləri, CV yazmaq, karyera istiqamətləndirilməsi, mühasibatlıq, “Əmək bazarının və peşəkar orientasiyanın aktiv üzvü olmaq üçün əsas bacarıqlar” və digər təlimlərdən faydalanıblar. Təlim zamanı gənclər karyera planlaşdırılması, vakant iş yerlərinin tapılması və işəgötürənlərlə əlaqələrin qurulması, İKT bacarıqları və məşğulluq imkanları əldə etmək üçün tələb olunan ilkin İT bilikləri və bacarıqlar əldə ediblər. “Öz biznesinə başla və təkmilləşdir” təlimləri BƏT-in beynəlxalq master təlimçisi və eksperti tərəfindən həyata keçirilir.

Ümumilikdə isə “Bakcell” şirkəti 2009-cu ildən etibarən “SOS Uaq Kəndləri-Azərbaycan” Assosiasiyası İB ilə əməkdaşlıq çərçivəsində valideyn himayəsindən məhrum olmuş və aztəminatlı ailələrdən olan uşaq və gənclərə öz dəstəyini göstərir.


Müəllif: İlhamə Əbülfət