25 Aprel 2014 13:34
962
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Ağdam rayonunda inşa olunmuş 6 mərtəbəli 54 mənzilli yaşayış evi Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və Konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş vətəndaşların istifadəsinə verilib.

Teleqraf.com-un məlumatına görə, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib ki, prezidentin imzaladığı fərman və sərəncamlarla əsasən 86452 nəfər şəxsin müavinəti və təqaüdü əhəmiyyətli dərəcədə artırılıb. Bu artımların maliyyələşdirilməsinə aylıq olaraq 2,1 mln. manat vəsait sərf olunacaq. İlin sonuna kimi qeyd olunan artımlara 19,0 mln. manat vəsait sərf ediləcək.

Səlim Müslümov deyib ki, indiyədək 5 minə yaxın əlil və şəhid ailəsi dövlət hesabına mənzillə təmin olunub. Bu il Bərdə, Goranboy, Tərtər, Beyləqan, İmişli, Şamaxı rayonlarında da yeni çoxmənzilli yaşayış evləri nazirliyin saytında ictimaiyyətə aşıqlanan növbəlilik əsasında əlil və şəhid ailələrinin istifadəsinə veriləcək.

Naibə


Müəllif: