20 Noyabr 2017 10:06
568
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nigarın vəziyyəti orta-ağırdır.

Bu sözləri Teleqraf.com-a özünü binadan ataraq intihara cəhd etdiyi bildirilən tələbə Nigar İsgəndərovanın vəziyyəti barədə məlumat verərkən Lənkəranda Rayon Mərkəzi Xəstəxanasından bildiriblər.

Məlumata görə, Nigarın sağ qolunun dirsək və bilək nahiyyəsində iki yerdə sınıq var:

“Müayinə olunub, qarın boşluğunda heç nə yoxdur. Amma kompüter tomaqrafiyası edilib dəqiqləşdiriləcək ki, onurğasında kompressiya var, ya yoxdur. Xəstə hadisənin necə baş verdiyini xatırlamır. Hüquq mühafizə orqanları daha dəqiq araşdıracaq. Xəstə kollec tələbəsidir”.

Qeyd edək ki, səhər saatlarında Lənkəran rayonunda Nigar Vaqif qızı İsgəndərovanın özünü çoxmərtəbəli binadan atması barədə mətbuatda məlumat gedib. Hadisə yerinə gələn Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimləri ona ilkin tibbi yardım göstəriblər. Daha sonra N. İsgəndərova Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.


Müəllif: Şəfiqə