25 Aprel 2014 13:37

Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 80-130, Kiçik Qafqazın çaylarında 50-90, Lənkəran-Astara bölgəsi çaylarında 10-30, Naxçıvan çaylarında isə ongünlük normanın 30 faizini təşkil edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, aprelin 25-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 12 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 560 m3/s olmaqla ongünlük normanın 79 faizini təşkil edir. 2013-cü ildə bu rəqəm bir qədər az olmaqla 401 m3/s və ongünlük normanın 56 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 114 m3/s olmaqla, ongünlük normanın 64 faizini təşkil edir. 2013-cü ildə də bu göstərici bir qədər çox olmaqla 142 m3/s təşkil edərək ongünlük normanın 80 faizinə bərabər olub.

Aprelin 25-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra və Şirvan məntəqələrində 10, Salyanda 8, Bankədə 11 sm artım qeydə alınıb, Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 334 sm (2013-cü il aprelin 25-də 453 sm), Şirvanda 177 sm (2013-cü il aprelin 25-də 329 sm), Salyanda 93 sm (2013-cü il aprelin 25-də 265 sm), Bankədə 197 sm (2013-cü il aprelin 25-də 225 sm), Araz çayının Novruzlu məntəqəsində isə 34 sm (2013-cü il aprelin 25-də 190 sm) təşkil edir.

NİGAR


Müəllif: