20 Noyabr 2017 15:35
2 153
12 Punto 14 Punto 16 Punto 18 Punto

Protokol üzrə təyin edilmiş cərimə mütləq vaxtında ödənməlidir.

Bu sözləri Teleqraf.com-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsi ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

Onun sözlərinə görə, cərimə vaxtında ödənməyəndə üzərinə faiz gəlir: “Çox gecikdirildikdə avtonəqliyyat vasitəsi müvəqqəti olaraq cərimə meydançasına aparılır. Hesab edirəm ki, ölkəmizdə qəbul edilmiş “Yol hərəkəti haqqında” qanunun tələblərinin pozulması ilə bağlı tətbiq edilən cərimə sanksiyası olduqca humansitdir.

Başqa dövlətlərdən fərqli olaraq, bizdə təyin edilmiş cərimə birinci 5 iş günü ərzində ödənilərsə, avtomatik olaraq 10 faiz güzəşt edilir. Bu imtiyazdan istifadə edilməklə cərimə ödənmirsə, 1 ay ərzində mütləq ödəniş edilməlidir. Əks halda polis həmin sürücünü saxlayacaq və maşın cərimə meydançasına aparılacaq.

Əgər sürücünün cəriməni yerindəcə dərhal ödəmək imkanı varsa, ödəyə bilər. Bütün yol-patrul xidməti maşınlarında post-terminal aparatları var”.

Vaqif Əsədov qeyd edib ki, sürücülər cərimələrini vaxtında ödəsə, heç bir problem çıxmaz: “Hər gün zənglər gəlir ki, tutalım, filan məbləğ nə puldur, maşınımı aparmısız. Söhbət məbləğin az, ya çox olmasından getmir. Məbləğ azdır, elə vaxtında ödəsin...”

Qeyd edək ki, istirahət günü Yol-Patrul Xidməti əməkdaşı sürücü Bəxtiyar Hacıyevi saxlayıb, onun ödənməmiş cəriməsi olduğunu deyib. Sürücü cərimənin məbləğini soruşub və onun yerindəcə ödəmək istədiyini bildirib. Bununla belə, sürücü ilə polis əməkdaşı arasında gərginlik yaşanıb.


Müəllif: Şəfiqə